• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1489
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5226
mod_vvisit_counterBu ay26632
mod_vvisit_counterÜmumi2967443

Tarix: 15 Yan., 2025

Bəhruz Kəngərlinin Ev Muzeyində açıq dərs keçirilib

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdləri üçün Bəhruz Kəngərlinin Ev Muzeyində “7 fevral-Bəhruz Kəngərlinin Anım Günü” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsi keçən  baş fond mühafizi, elmi işçi Səmanə Rüstəmova rəssamın həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib. Bildirib ki, XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərli qısa ömür yaşasa da zəngin irs yaratmış, Azərbaycan təsviri sənətində realist, portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuşdur. Rəssamın 2000-ə yaxın mövzusu janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir. Öz vətənini bütün varlığı ilə sevən və ona bağlı olan bir sənətkar olaraq rəssamın əsərlərində vətən təbiəti, tarixi abidələri özünəməxsus yer tutmuşdur. Bu gün də Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin irsi xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün qorunub saxlanılır.

“İngilis dilini necə öyrənirik?” devizi altında bilik yarışına start verilib

Naxçıvan Şəhər Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin VI sinif şagirdləri arasında “İngilis dilini necə öyrənirik?” devizi altında bilik yarışına start verilib. Bilik yarışlarının keçirilməsində məqsəd şagirdlərin bilik və intellektual səviyyələrinin yüksəldilməsi ilə yanaşı dərnəklərə olan marağın artırılmasıdır.

Ardını oxu...

Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş kitab müzakirəsi keçirilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması və ölkə başçısının Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi ilə əlaqədar olaraq Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş kitab müzakirəsi keçirilib.

Ardını oxu...

“Mirzə Cəlilin fəaliyyəti” mövzusunda açıq dərs keçirilib

Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində Ələkli kənd tam orta məktəbinin şagirdlərinə “Mirzə Cəlilin fəaliyyəti” mövzusundada açıq dərs keçirilib.

Muzeyin baş fond müdiri Gültac Həsənova muzey haqqında şagirdlərə məlumat verərək bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Dahi yazıçı Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyi         1987-ci ildə Ədəbiyyat Muzeyinin filialı kimi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılması haqqında” 2013-cü il 15 fevral tarixli qərarı ilə müstəqil muzey kimi fəaliyyətini davam etdirir. 2015-ci il aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Xatirə muzeyinin açılışı olmuşdur. Fəaliyyətə başladığında günə qədər muzeyin əsas fondunda ədibin və mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən eksponatlar toplanmışdır.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg