Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq iyunun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2023” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.
Ardını oxu...
|
İyunun 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təhsili üzrə ilk dəfə olaraq məktəblilər arasında Edu Drone müsabiqəsi keçirilib. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov STEAM təhsil metodu və bu istiqamət üzrə bugünədək keçirilən müsabiqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Qeyd olunub ki, STEAM təhsili müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, şagirdlər bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir, gələcəyin mütəxəssisləri kimi yetişir və ölkənin inkişafına öz töhfələrini verirlər. Bildirilib ki, STEAM təhsilinin tətbiqi dövlətimiz tərəfindən ölkədə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.
Ardını oxu... İyunun 3-də Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, muxtar respublikada ilk dəfə olaraq “Gimnastika hamı üçün” festivalı keçirilib. Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən festivalda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədovun və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramin Hacının da iştirak etdiyi festivalda qeyd olunub ki, uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, onların sağlam, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli lider Heydər Əliyevin daim diqqətində olub.
Ardını oxu... Mayın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Nazirliyə birbaşa tabe məktəblər və məktəbdənkənar təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda məktəblilərin konsert proqramı təşkil olunub. Bununla bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.
Ardını oxu... |
|