• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün749
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə749
mod_vvisit_counterBu ay45903
mod_vvisit_counterÜmumi2930042

Tarix: 23 Dek., 2024

Şərurlu məktəbli Mikayıl Cəfərli XI siniflər üzrə keçirilən buraxılış imtahanında 297 bal toplayaraq muxtar respublika məktəbliləri arasında ən yüksək nəticəni göstərib

Dövlət İmtahan Mərkəzi  12 mart 2023-cü il tarixdə XI siniflər üzrə  keçirilən buraxılış imtahanının nəticələrini elan edib.
Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin şagirdi Mikayıl Cəfərli buraxılış imtahanında Azərbaycan dili fənnindən 97, İngilis dili və Riyaziyyat fənlərindən isə 100 bal olmaqla ümumilikdə 297 bal toplayaraq muxtar respublika məktəbliləri  arasında ən yüksək nəticəni göstərmişdir.

“Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Nazirliyin birbaşa tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 20 dərnək üzvü iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Elxan Babayev bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir.

Ardını oxu...

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması yüksəkixtisaslı kadr hazırlığına töhfəsini verəcək

Sürətlə dəyişən, yenilənən dünyamız davamlı və hərtərəfli inkişafın təmin edilməsi üçün bilik iqtisadiyyatının, innovasiya cəmiyyətinin, rəqabətə davamlı yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasını qarşıya əsas məqsəd kimi qoyur. Məhz ölkəmizdə son illərdə reallaşdırılan təhsil siyasətinin əsasında da daha keyfiyyətli insan kapitalının formalaşdırılması sahəsində Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradılması, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrların hazırlanması dayanır. Bu mənada “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Mühüm dövlət sənədi əsasında hazırlanan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ən müasir təcrübə və biliklərin inteqrasiyasına əlverişli zəmin yaratmaqla ölkəmizin tərəqqisinə töhfə baxımından mühüm vədlər verir.

Ardını oxu...

Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində "Zərifə xanım Əliyeva-100" mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  keçirilən müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva haqqında məktəblilərə ətraflı məlumat verib.
Müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 2 saat vaxt verilib. İnşa-yazı müsabiqəsində Kəngərli rayon məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 şagird iştirak edib.
Müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib.
Sonda qaliblərə diplomlar taqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg