• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün775
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə775
mod_vvisit_counterBu ay45929
mod_vvisit_counterÜmumi2930068

Tarix: 23 Dek., 2024

“Mütaliə aylığı” çərçivəsində “Sürətli oxu”dərnəyinin üzvləri arasında müsabiqə keçirilib

Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının aparıcı məsləhətçisi Qumaş Abdullayeva və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ceyran Alməmmədova bildiriblər ki, Ümummilli lider Heydər Əliyev bütün sahələrlə yanaşı təhsilin də inkişafına böyük diqqət və qayğı göstərib. Məhz Azərbaycan təhsilinin inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması üçün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də  dövlətimizin qayğısı sayəsində hərtərəfli şərait yaradılıb. Bildirilib ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 14 adda yeni innovativ dərnək yaradılıb. Hazırda innovativ dərnəklərin sayı 22-yə çatdırılıb. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb.

Ardını oxu...

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubleyi ilə bağlı tədbir keçirilib

Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubleyi ilə bağlı alimin adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində  tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, Prezident cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamı görkəmli elm xadiminin irsinin öyrənilməsi baxımından mühüm həmiyyət kəsb edir.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib

Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək və istedadlı məktəbliləri aşkara çıxarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Gənc istedadlar” müsabiqəsi keçirilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Buna görə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şərait yaradılmışdır. Bu gün muxtar respublikamızda ümumtəhsil məktəblərində kitabxana fondları zənginləşdirilmiş, dərslik və bədii ədəbiyyatla təmin edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Kollegiya İclası keçirilib

Kollegiya iclasında ümumtəhsil məktəblərində məktəb sənədlərinin  işlənməsi, proqram materiallarının yerinə yetirilməsi, təlim-tərbiyyə işinin  təşkili, fizika, kimiya və biologiya fənlərinin tədrisi, kargüzarlıq işinin təşkili və  buraxılış imtahanlarına hazırlığın  vəziyyəti  ilə bağlı seçmə yolla aparılmış, monitorinqin nəticələri müzakirə edilmişdir.
Yekunda müzakirə olunan məsələlərlə bağlı qərar layihəsi oxunub və müvafiq qərarlar qəbul olunub.
Kollegiya iclasında muxtar respublikanın  təhsil müəssisələrinin direktorları iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg