Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Kəngərli Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Şahtaxtı kəndində görkəmli akademikin adını daşıyan məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən film nümayiş olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən də Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Bildirilib ki, bu günkü tədbir də görkəmli alimin ömür yolunun və çoxşaxəli fəaliyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ardını oxu...
|
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 və 12 mart tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb.12 mart tarixli buraxılış imtahanında yüksək nəticə göstərən abituriyentlərdən biri də naxçıvanlı şagird Mikayıl Cəfərlidir. O, 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəyə nail olub.
Mikayıl Cəfərli gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini bölüşüb.
“Mən 2007-ci il aprelin 18-də Şərur rayonunun Kürçülü kəndində anadan olmuşam. Təhsil illərimdə müəyyən uğurlara imza atmışam. Belə ki, 9-cu sinif buraxılış imtahanında 290 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni göstərmişəm. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası fənn olimpiadalarında tarix üzrə 2-ci yerin qalibi olmuş, 2022-ci ildə keçirilən fənn olimpiadalarının final turunda iştirak edərək tarixdən gümüş medala layiq görülmüşəm. Elə həmin ildə keçirilən digər olimpiadada coğrafiya fənni üzrə özümü sınayıb 1-ci yerin qalibi olmuşam”.
Ardını oxu... Naxçıvan şəhərindəki "Gənclik” Mərkəzində Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikasının təhsil, eləcə də gənclər və idman nazirliklərinin, "Günəş" akademiyasının təşkilatçılığı ilə Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri, uşaqlara xalqımızın gələcəyi kimi hərtərəfli qayğı göstərməsi ilə də əbədiyaşarlıq qazanan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilən tədbirdə Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Sonra hər iki xalqın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahidddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Şahin" hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Layihənin əsasnaməsinə uyğun olaraq ilk iki turda məktəbdaxili seçim mərhələsi və rayon (şəhər) birinciliklərini uğurla adlayan komandalar yarışda iştirak ediblər.
Ardını oxu... |
|