• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün819
mod_vvisit_counterDünən1618
mod_vvisit_counterBu həftə6174
mod_vvisit_counterBu ay27580
mod_vvisit_counterÜmumi2968391

Tarix: 16 Yan., 2025

“Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsinin qalibləri məlum oldu

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hazırlanan “Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, rəşadətli ordumuzun, qəhrəman əsgərlərimizin İkinci Qarabağ Müharibəsində nümayiş etdirdikləri şücayətin gənc rəssamların gözü ilə hər kəsə çatdırılması” mövzusunda Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda ali və orta ixtisas məktəblərinin tələbələri arasında müsabiqə keçirilmişdir.  Müsabiqədə  Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri iştirak etmişdir. Müsabiqədə yer tutan Kollecin tələbələri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Rəssamlar Birliyi tərəfindən diplom və mükafatlarla təltif olunmuşdur. Nəticələrə görə Qənbərova İnci Mahir qızı I yerə,  Tağıyev Elnur Faiq oğlu III yerə,  Rüstəmli Fərid Tahir oğlu,  Bəylərova Həcər Zöhrab qızı və Nağıyeva Ülviyyə Rəşad qızı isə həvəsləndirici yerə layiq görülüb.

Naxçıvan Şəhər Peşə Liseyində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Naxçıvan Şəhər Peşə Liseyində 22 dekabr 2020-ci il tarixdə “Yol Hərəkəti qaydaları uşaqların gözü” ilə adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Liseyin Direktoru Sona Əliyeva bildirib ki, tədbirin əsas məqsədi piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, liseydə təhsil alan müdavimlərə təhlükəsiz davranış vərdişləri barədə məlumat verməkdir.

Ardını oxu...

Olimpiada və müsabiqə qalibləri mükafatlandırılıb

Muxtar respublika fənn olimpiadasının və “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Yaradılan şərait yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün geniş imkanlar açıb. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsini təmin edib, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər formalaşdırılıb. Belə şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları və inşa yazı müsabiqələri mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

STEAM tədris metodu üçün təlimlər davam edir

23 dekabr 2020-ci il tarixdə STEAM təlim  kurslarında “Əməliyyat oyunu” və “Öz təhlükəsizlik sis­teminizi qurun” mövzusunda dərs keçirilmişdir. Təlim zamanı müəllimlər proqramın kodlaşdırma və qurma hissəsi ilə eyni zamanda fərqli proqram blokları ilə tanış olublar. Kodlaşdırma hissəsini bitirdikdən sonra müəllimlər fiziki hissə, yəni batareyaları batareya qutusunun içərisinə yerləşdirdikdən sonra Mikrobit ilə birləşdirərək prototip hazırlayıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg