Dekabrın 19-da Şahbuz Rayon Təhsil Şöbəsinin kollektivi Xalq şairi Məmməd Arazın Nursu kəndində yaradılmış Ev muzeyində olub.
Şairin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, şairin müxtəlif illərdə nəşr olunan kitabları, şair haqqında görkəmli şəxsiyyətlərin xatirələri, mənalı həyat yolunun müxtəlif illərini əks etdirən fotoşəkilləri və digər materiallar muzeydə sərgilənir.