Naxçıvan MR Turizm Diyarşünaslıq Mərkəzi məktəbdənkənar tərbiyə müəssisəsi olaraq tədris ili müddətində olduğu kimi yay tətili ərzində də uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının, istirahətlərinin səmərəli təşkili və maraqlı keçirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də mərkəz tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” seçilməsi ilə əlaqədar İslamın ali dəyərlərinin və zəngin tarixi-mədəni irsimizi daha yaxından öyrənilməsi məqsədilə ekskursiyaların təşkili və mərkəzdə milli dəyərlərimiz adı altında əl işlərindən ibarət sərgi yaradılmışdır.