Naxçıvan Dövlət Tarix Muzeyində 27 oktyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərs Naxçıvan şəhər 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərinin 20 şagirdinin iştirakı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Zəminə İbrahimova tərəfindən aparılmışdır.