3 fevral 2020-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə həmin məktəbin tarix müəllimi Baxşəliyeva Xatirə açıq dərs keçirilib. Açıq dərsdə Naxçıvanın Muxtariyyət Tarixindən bəhs olunmuşdur. Şagirdlərə bildirilmişdir ki, 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və şərəfli inkişaf yolu keçmişdir.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə yaxından tanış olmuşlar.