• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1511
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1511
mod_vvisit_counterBu ay46665
mod_vvisit_counterÜmumi2930804

Tarix: 23 Dek., 2024

Şərurda regional şahmat yarışı

Şərur rayonunda 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş regional şahmat yarışı keçirilib.

Yarış Şərur rayon Kosacan kənd tam orta məktəbində reallaşıb. Şahmat Federasiyası rayon bölməsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 56 şahmatçı mübarizə aparıb.

Yekun nəticəyə əsasən komanda yarışında Siyaqut kənd tam orta məktəbi I yerin qalibi olub. Qarxun kənd tam orta məktəbi II, Kosacan kənd tam orta məktəbi isə III yerə yiyələnib.

Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

“Muxtariyyət Kuboku” uğrunda məktəblilər arasında keçirilən intellektual yarışın qalibləri məlum olub

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikanın 9-11-ci sinif şagirdləri arasında keçirilən “İnteqrasiya” inteqrativ-intellektual oyunu üzrə “Muxtariyyət kuboku” yarışının final mərhələsi Naxçıvan şəhərindəki Gənclər Mərkəzində baş tutub.

Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bildirib ki, “Muxtariyyət kuboku” yarışının artıq 4 aydır ki, muxtar respublika məktəbliləri arasında seçmə mərhələləri keçirilib. Bu gün isə seçilmiş Naxçıvan şəhər və muxtar respublika rayonlarının fərqlənən komandaları final mərhələsində mübarizə aparırlar.

Ardını oxu...

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar rəsm müsabiqəsi keçirilib

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Tədbirlər Planı”nın icrası məqsədilə dekabr ayı ərzində muxtar respublikanın şəhər və rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də dekabrın 18-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri arasında keçirilən rəsm müsabiqəsidir.

Ardını oxu...

"Oxunması zəruri olan kitablar"la bağlı viktorina keçirildi

18 dekabr 2019-cu il tarixdə Kolanı kənd tam orta məktəbində Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Biçənək, Gömür və Ağbulaq kənd tam orta məktəbinin IX –XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”dan “Kitabi Dədə-Qorqud” dastanına, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Teodor Drazerin “Dahi” romanına və Cek Londonun “Həyat eşqi” hekayəsinə aid viktorina keçirildi. Viktorinanın keçirilməsində məqsəd şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, dünyagörüşünün artırılması, onlara tariximiz, mədəniyyətimiz milli mənsubiyyətimiz haqqında dolğun məlumat veməkdən ibarətdir. Keçirilən viktorinanın yekun nəticəsinə görə Kolanı kənd tam orta məktəbinin komandası birinci yeri tutmuşdur.

Birinci yerə çıxmış komanda Naxçıvan şəhərində keçirilən viktorinada Şahbuz rayonunu təmsil edəcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg