Naxçıvan Texniki Kollecində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni oxunub.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirən bayrağımız 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb.