17 Noyabr-Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günüdür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən noyabrın 15-də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən ilk dəfə Naxçıvan Muxtar Respublikasında 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın Dövlət Bayrağı kimi rəsmən təsdiq edildi.