• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2905
mod_vvisit_counterDünən1280
mod_vvisit_counterBu həftə6811
mod_vvisit_counterBu ay39334
mod_vvisit_counterÜmumi2980145

Tarix: 22 Yan., 2025

Fizika fənnindən innovativ dərs keçirilmişdir

İnsan kapitalının inkişafı üçün innovativ təhsil üsulundan istifadə etməklə fəal və interaktiv təlim metodu ilə şagirdlərin bilik və bacarıqlarını, elmi nailiyyətlərini yüksəltmək, eyni zamanda şagirdlərin payız tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə 19 noyabr 2019-cu il tarixində Heydər Əliyev adına tam orta məktəbin fizika müəllimi Əhmədova Nailə Sahib qızının fizika fənnindən innovativ dərsi keçirilmişdir. Dərs prosesi zamanı 26 nəfər IX və X sinif şagirdlərinin iştirakı ilə 17 mövzuya - “Maqnit sahəsi”, “Elektrik sahəsi”, “Nisbilik nəzəriyyəsinin əsasları”, “Sadə mexanizmlər”, “Qüvvələr”, “Mühərriklər”, “Mexaniki rəqslər”, “Nyuton qanunları”, “Çevrə üzrə hərəkət”, “Qazlarda elektrik cərəyanı”, “Təzyiq”, “ Arximed qüvvəsi”, “Mərkəzəqaçma təcili”, “Elastiki qüvvə”, “Sürtünmə qüvvəsi”, “Ümumdünya cazibə qanunu” və “Nyutonun I qanunu”na aid təcrübələr laboratoriya avadanlıqlarından istifadə etməklə aparılılmışdır.

"Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq" devizi altında voleybol yarışı keçirildi

19 noyabr 2019-cu il tarixdə Sədərək rayon Gənclər və İdman idarəsinin,Təhsil şöbəsinin və Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə Sədərək rayon 1 saylı tam orta məktəbin idman zalında qızlar arasında "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq " devizi altında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir.  Gərgin və maraqlı keçən görüşün yekun hesabına əsasən Sədərək 1 saylı məktəbin komandası, Sədərək 2 saylı tam orta məktəbin komandasına 3-0 hesabı ilə qalib gəlmişdir. Yarışda iştirak eden komanda üzvləri təşkilatçılar tərəfindən mükafatladırılmışlar.

Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma təliminə start verilmişdir

Ümumtəhsil məktəblərində müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təlim texnologiyaları və müasir təlim üsullarının tətbiqi sahəsində bacarıqlarının artırılması məqsədilə 18- noyabr 2019-cu il tarixdə ibtidai sinif müəllimləri üçün “Ana dili” fənnindən “Şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi yolları” mövzusunda ixtisasartırma kursuna başlanılmışdır. Təlim kursu 22 noyabr 2019-cu il tarixdə başa çatacaq.

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən kursda Muxtar Respublika ümumtəhsil məktəblərindən 30 nəfər ibtidai sinif müəllimi iştirak edəcək.

Sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.

Dövlət Proqramının icrası istiqamətində növbəti tədbir noyabrın 18-də keçirilmişdir. Sosial qayğıya ehtiyac olan məktəblilər qış geyimi ilə təmin edilmişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg