IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi olub. Olimpiadada 629 şagird iştirak edib.
Şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. Onlara hər fənn üzrə 20-30 sual təqdim olunub və cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilib. Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən, hər fənn üzrə hər sinifdən ən yüksək bal toplayan 3 şagird muxtar respublika mərhələsinin yekun turuna vəsiqə qazanacaq.