AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Tunc dövründə ” mövzusunda interaktiv dərs təşkil olunub. İnteraktiv dərsi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov aparıb.
Bildirilib ki, son dövrlərdə muxtar respublikamızda aparılan arxeoloji qazıntılar göstərir ki, Erkən Tunc dövrünün tarixi Naxçıvanda daha qədimdir. Bu tədqiqatlara əsasən Naxçıvan diyarında Kür-Araz mədəniyyətinin üç mərhələyə bölündüyü müəyyən olunub.