• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün70
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə7888
mod_vvisit_counterBu ay44332
mod_vvisit_counterÜmumi2928471

Tarix: 22 Dek., 2024

Naxçıvanlı tələbələrə Prezident təqaüdü verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev sentyabrın 12-də 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblilərinin məzunlarıda var.

Prezidentin sərəncamı ilə Əliyev Əbdülhüseyn Telman oğluna, Əliyeva Arzu Əhməd qızına, Hacıyev Millət Xaliq oğluna, Kəngərli Zöhrə Azər qızına, Məmmədov Elvariz Rza oğluna və Zeynalova Zübeydə Həsən qızına Prezident təqaüdü verilib.

Qeyd edək ki, həmin məzunlar 2018/2019-cu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş tələbələrdir.

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilmişdir

Sentyabrın 10-da “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilmiş  və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanmışdır. Təkcə 2018-ci ilin birinci yarımili ərzində 904 şagird yerlik 3 ümumtəhsil məktəbi və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda da bu sahədə işlər davam etdirilir.

Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamış, muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaratmışdır.

Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında mühüm rol oynamışdır.

Təhsil naziri qeyd etmişdir ki, təhsilin inkişafı üçün yaradılan şəraitin nəticəsidir ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə 2627  məzun sənəd vermiş, onlardan 2023-ü, yaxud 77 faizi tələbə adını qazanmışdır.

2017-2018-ci tədris ilində məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medallara, 151-i isə fərqlənmə attestatına layiq görülmüşdür.

Təhsil naziri     ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirmişdir ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.

Müəllimlərin informasiya-kommunikasiya teхnоlоgi­ya­­ların­dan, xüsusən də elektron lövhələrdən istifadəsi də tələb olunan səviyyədə deyil. Öz üzərində işləməyən, dərs üçün əlavə materiallar axtarmayan, ümumiyyətlə dərsə hazırlıqsız gələn müəllimlər hələ də mövcuddur. Təhsil müəssisələrində ixtisaslı fənn müəllimlərinin olduğu halda dərslərin qeyri-ixtisas fənn müəllimləri tərəfindən tədris edilməsi hallarına da yol verilmişdir ki, bu da tədrisin səviyyəsini aşağı salmışdır.

Bildirilmişdir ki, 2018-2019-cu tədris ili təhsildə ciddi dönüş ili olmalı, mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır.  Dərs bölgüsünün aparılması zamanı varislik prinsipi gözlənilməli, tədris ili ərzində məktəb rəhbərləri tərəfindən tələb olunan sayda dərs dinləmələri aparılmalı, açıq və nümunəvi dərslər təşkil edilməli, fənlər üzrə müzakirələr təşkil edilməli, müəllimlərə metodiki köməklik göstərilməli, sinif komplektləri mövcud qanunvericiliyə uyğun olaraq formalaşdırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, komputer və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodiki kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud təlimatı qaydalara əməl edilməli, kargüzarlıq təlimata uyğun aparılmalıdır.

Yeni tədris ilində “Ümumtəhsil müəssisələrinin İnformasiya sistemi” və “Şagird-Məzun” sistemindəki məlumatlar vaxtında və düzgün işlənməli, təhsil müəssisələrinə verilmiş bədii ədəbiyyatlardan istifadə, şagirdlər arasında “Oxunması zəruri olan kitablar”in mütaliəsi və müzakirəsi təşkil olunmalıdır. Bununla yanaşı, məktəbdənkənar müəssisələrdə əmək intizamının tələblərinə və müəssisədaxili nizam-intizam qaydalarına ciddi əməl olunmalı, dərnəklərə uşaqların, o cümlədən  sağlamlıq inkanları məhdud uşaqların cəlbi diqqətdə saxlanmalıdır.

Bütün təhsil müəssisələrində  inventarizasiyanın aparılmasına, bina və avadanlıqların, o cümlədən yaradılmış yaşıllıqların qorunmasına nəzarət artırılmalıdır.

Məruzə ətrafında müzakirələrdə Şərur və Ordubad Rayon Təhsil Şöbələrinin müdirləri Tuncay Cəfərov və Samir Zeynalovun, Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Ruşanovun, Naxçıvan Qarnizon tam orta məktəbinin direktoru Natiq Əhmədovun, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərovun və Turizm Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayevin çıxışları dinlənilmişdir.

Sonda konfransın qətnaməsi qəbul edilmişdir.

Konfransa yekun vuran təhsil naziri cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu bir daha vurğulayıb və yeni dərs ilində bütün təhsil işçilərinə və şagirdlərə uğurlar arzulayıb.

Sosial qayğıya ehtiyacı olan uşaqlar məktəbli formaları və ləvazimatları ilə təmin olunmuşlar

 

2018-ci il sentyabrın 5-də hər iki valideynini itirən, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin uşaqlarının məktəbli formaları və ləvazimatları ilə təmin olunmuşlar. Bu məqsədlə Naxçıvan şəhəri və muxtar respublikanın ayrı-ayrı rayonlarında toplantılar keçirilmişdir.

Hər iki valideynini itirən uşaqlar Təhsil Nazirliyi, sağlamlıq imkanları məhdud uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aztəminatlı ailələrin uşaqları isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məktəbli formaları və ləvazimatları ilə təmin olunmuşlar.

2018-ci ildə hər iki valideynini itirən 44 uşaq, sağlamlıq imkanları məhdud 275 uşaq, aztəminatlı ailələr üzrə 70 uşaq olmaqla, ümumilikdə 389 uşaq məktəbli formaları və ləvazimatları ilə təmin olunmuşdur. Məktəbli formaları Naxçıvan şəhərində əmək və əhalinin sosial müdafiəsi və təhsil nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən, rayonlarda isə qeyd olunan bu aidiyyəti təşkilatların və rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən şagirdlərə təqdim olunmuşdur.

Təhsil Nazirliyinin nümayəndə heyəti Ukrayna Respublikasının İrpen şəhərində olmuşlar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov və Kəngərli rayonunun Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Sarvan Məmmədov 3-5 sentyabrda Ukraynanın İrpen şəhərinə səfər edərək burada fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbində olublar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti əvvəlcə İrpen şəhərindəki Akademik Zərifə xanım Əliyeva adına parka gələrək görkəmli alimin buradakı abidəsi önünə tər çiçəklər düzüblər. Akademik Zərifə Əliyeva adına 12 nömrəli məktəbin direktoru Valentina Antonenko görkəmli alimin həyat və fəaliyyəti haqqında tədbir iştrakçılarına geniş məlumat verib. Nümayəndə heyətinin rəhbəri Abdulla Əsgərov Akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbdə keçirilən Bilik Günü tədbirindəki çıxışında şagird və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

Ümumtəhsil məktəbində təhsil prosesi ilə tanış olan nümayəndə heyəti Akademik Zərifə Əliyeva adına Muzeydə də olub, onlara burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti muzeyə kitablar hədiyyə edib.

Qeyd edək ki, bu ilin aprel ayında İrpen şəhərində yerləşən Akademik Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru Valentina Antonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti də Naxçıvan Muxtar Respublikasında səfərdə olub, görkəmli akademikin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edib. Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin növbəti səfəri də həmin məktəbin dəvəti əsasında həyata keçirilib


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg