Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada qaliblərini təbrik edib. Bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir.
Təhsil naziri bildirib ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada şagirdlər hərtərəfli biliyəyiyələnməkləyanaşı buraxılış və qəbul imtahanlarında da yüksək nəticələr göstərirlər.Muxtar respublika məktəbliləri arasında keçirilən olimpiadaların əhəmiyyətindən də danışan təhsil naziri bildirib ki, şagirdlərin biliklərinin inkişaf etdiriməsində olimpiadaların böyük əhəmiyyəti var. Olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində mühüm rol oynayır.