Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində gözdən əlil uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə keçirilən tədbirdə təhsil nazirinin müavini Heyran Əhmədova bildirmişdi ki, bu gün muxtar respublikada dövlətimiz tərəfindən digər uşaqlar kimi fiziki imkanı məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Bu məqsədlə muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir.
Ardını oxu...
|
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən mayın 31-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada uşaq hüquqları etibarlı şəkildə qorunur, cəmiyyətin layiqli üzvü kimi yetişməsi, sosial ehtiyaclarının hərtərəfli təmini diqqət mərkəzində saxlanılır, onların sağlam mühitdə böyümələri, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd olunub ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 52 min 600 şagird təhsil alır. Onların milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Ardını oxu... “1 iyun-Uşaqların Beynəlxalq müdafiəsi Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları əlamətdar gün münasibətilə təbrik etmişlər.
Ardını oxu...
Ali Məclisin Sədri Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyinə və Naxçıvan Dövlət Rəsm Qalereyasına baxıb. Bildirilib ki, Miniatür Kitab Muzeyində 1025 miniatür kitab, foto və diplomlar nümayiş etdirilir. Muzeydə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətlərini əks etdirən, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində mühüm tarixi hadisələr haqqında kitablar yer alır. Ali Məclisin Sədri miniatür kitabların çapı barədə tapşırıqlar verib. Ali Məclisin Sədri Naxçıvan Dövlət Rəsm Qalereyasındakı əsərlərə də baxıb.
Ardını oxu... |
|