• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün320
mod_vvisit_counterDünən816
mod_vvisit_counterBu həftə5948
mod_vvisit_counterBu ay51102
mod_vvisit_counterÜmumi2935241

Tarix: 27 Dek., 2024

Növbəti “STEAM Yay məktəbi” məktəblilər üçün səmərəli və yaddaqalan olub

28-30 iyun 2022-ci il tarixlərdə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay məktəbi” təşkil edilib. “Yay məktəbi”ndə ümumtəhsil məktəblərindən, ümumilikdə, 50-yə yaxın məktəblinin iştirakı təmin olunub ki, bu da həmin şagirdlərdə STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodları kimi istiqamətlərdə biliklərin daha da genişləndirilməsinə şərait yaradıb. 3 gün davam edən “STEAM Yay məktəbi” zamanı STEAM təhsil metodu praktik məşğələlər vasitəsilə aşılanıb. Yekun tədbirdə təlimi uğurla başa vuran şagirdlərə “STEAM Yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatlar verilib. Sonra onların hazırladıqları layihələrin təqdimatı keçirilib. Məktəblilər qrup şəklində hazırladıqları layihələr haqqında məlumat veriblər.

Ardını oxu...

“STEAM Yay Məktəbi” uğurla başa çatıb

28-30  iyul  2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM Yay Məktəbi”nə yekun vurulub.
“STEAM Yay Məktəbi”nin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının  sektor müdiri Murad Babayev  bildirib ki, artıq muxtar respublika məktəbliləri  ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər.

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilib, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunub. Xüsusilə aparılan quruculuq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəldib.
İyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hava limanında aparılan tikinti-quraşdırma işləri ilə maraqlanıb, maşın-mexanizmlərə baxıb.
Qeyd olunub ki, sərnişinlərin qarşılanması və yola salınması zamanı hava limanına gələn şəxslərin rahatlığını təmin etmək üçün aerovağzal kompleksinin Şərq və Qərb terminallarının girişində çardaq tikilib. Həmçinin artan tələbata uyğun olaraq “UBS Airport Systems” şirkəti tərəfindən yeni teleskopik trap quraşdırılıb. Teleskopik trap sərnişinlərin təyyarəyə minməsi üçün körpü, təyyarəni elektrik enerjisi ilə qidalandıran və mühərriki hava ilə işəsalma qurğusundan ibarətdir. Yığılmış vəziyyətdə uzunluğu 16,5, tam açılmış vəziyyətdə isə 37,5 metr olan teleskopik trap üçün 48 metrlik keçid yolu inşa edilib. Keçid yolu 6 müxtəlif ölçüdə soyuducu və qızdırıcı sistem, 5 kamera, 8 yanğın detektoru və  səsverici avadanlıqla təchiz edilib.

Ardını oxu...

Məktəblilərin “STEAM yay məktəbinə” start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM-dir. STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay Məktəbi” təşkil olunub. İyunun28-də şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər Mərkəzdə yerləşdikdən sonra “STEAM Yay Məktəbi”nin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının  birgə təşkilatçılığı ilə keçirilən “STEAM Yay Məktəbi”nin açılış tədbirində təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg