• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün806
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5618
mod_vvisit_counterBu ay50772
mod_vvisit_counterÜmumi2934911

Tarix: 26 Dek., 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Heydər Əliyev adına tam orta məktəbin I sinfinə şagird qəbulu elan edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Heydər Əliyev adına tam orta məktəbdə tədrisin səviyyəsini daha da yüksəltmək məqsədi ilə məktəbin yeni nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən yeni tədris ilindən məktəbin birinci sinfinə Naxçıvan şəhərində yaşayan, qəbul komissiyasının müsabiqə yolu ilə seçdiyi xüsusi istedadı ilə fərqlənən uşaqlar qəbul olunacaq. Müsabiqədə məktəbəhazırlıq qrupunu bitirən uşaqlara üstünlük veriləcək.
Məktəbə şagird qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
-Şəxsiyyət vəsiqəsinin surəti;
- Məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış;
-Yaşayış yerindən arayış.

Sənədlər 15 iyul  2022-ci il tarixdən 15 avqust  2022-ci il tarixədək saat 10:00-dan 13:00-dək Heydər Əliyev adına tam orta məktəbdə qəbul ediləcəkdir.
Müsabiqə 15-20 avqust 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində keçiriləcəkdir. Müsabiqə zamanı uşaqlara  məktəbəhazırlıq proqramı üzrə ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitqin inkişafı, bədii, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət fənləri üzrə  suallar veriləcək. Məktəbin I sinfinə 120 şagird qəbul olunacaq.
Şagirdlərin qəbulunda şəffaflığı təmin etmək üçün  müşahidə kameraları vasitəsilə çəkiliş də aparılacaq.
Ünvan: Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb. Naxçıvan şəhəri, Babək nəhəlləsi  8a.
Əlaqə nömrəsi: (036) 545-55-77

 

Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib

İyulun 7-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Muxtar respublikada ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. Muxtar respublikada əsas kənd təsərrüfatı məhsullarına olan tələbat tamamilə, taxıla olan tələbat isə əsasən yerli istehsal hesabına ödənilir. Bu gün taxıla olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu il buğdanın kiloqramı 60, arpanın kiloqramı isə 48 qəpikdən qəbul olunur.

Ardını oxu...

Elm, təhsil yolunda gənclərimizin qazandığı hər bir uğur Vətənimizin nurlu gələcəyidir

Artıq neçə müddətdir ki, muxtar diyarımızın bir çox xəbər saytlarında, videobloqerlərin şəxsi sosial şəbəkələrində yayımlanan “Bir gəncin uğur yolu”, “Naxçıvanlı tələbə Amerikanın ən nüfuzlu ali təhsil ocağında oxumaq hüququ qazanıb”, “O, yurdumuzun qürur mənbəyidir” başlıqlı sərlövhələr bir çoxları kimi, mənim də diqqətimi çəkirdi. Həmin yazılardan öyrəndim ki, mövzuların əsas qəhrəmanı 14 nömrəli tam orta məktəbin məzunu Vəli Mustafasoydur. Qəlbində böyük Vətən eşqini, elm-irfan həvəsini, öyrənmək, öyrətmək amalını yaşadan, “mənsub olduğun xalqın ədəbiyyatını, incəsənətini, tarixini, milli-mənəvi dəyərlərini öyrənmək Vətənə xidmətin bir digər adıdır”, – deyən bu gəncimiz yüksək təqaüdlə Amerika Birləşmiş Ştatlarının Miçiqan Universitetində təhsil almaq hüququnu qazanıb. Elm yolundakı kövrək addımlarını qətiyyətlə atan gənc qəhrəmanımız Vəli Mustafasoyla biz də yaxından tanış olduq, onun dünyanın ən qabaqcıl ali təhsil ocağında oxumaq hüququnu əldə etməsi üçün keçdiyi zəhmət yolunun, necə deyərlər, kiçik tarixçəsini dinlədik.

Ardını oxu...

Ateltika Federasiyasının idmançıları mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğura görə mükafatlandırılıblar.
Keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, 6 ay ərzində idmançılarımız iştirak etdikləri ölkədaxili və beynəlxalq turnirlərdən 16 medal qazanıblar. Qazanılan uğurlu nəticələr muxtar respublikamızda yaradılan müasir idman şəraitinin bəhrəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız daim uğurlu nəticələr əldə edir, Naxçıvan idmanını layiqincə təmsil edirlər. Hazırda idmanın inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg