Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailəsinə və qazilərə, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzillərdə rahat həyat arzulayıb, qazilərimizi avtomobillə təmin olunmaları, təltif olunanları dövlətimizin ali mükafatlarına, gəncləri isə xüsusi aylıq təqaüdə layiq görülmələri münasibətilə təbrik edib. Ali Məclisin Sədri şəhid ailəsi və qazilərə mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Ardını oxu...
|
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasından 20 il ötür. Bu münasibətlə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüb, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyini ziyarət edən kollektiv ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub. Daha sonra bölmənin 20 illik fəaliyyətini əks etdirən sərgiyə baxış olub. Tədbir rəsmi hissə ilə davam edib.
Ardını oxu... Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nərmin Vəliyeva qəbul imtahanında I ixtisas qrupu üzrə 400 bal toplayaraq muxtar respublika birincisi olub. Bu münasibətlə Nərmin Vəliyeva ilə təhsil aldığı məktəbdə görüş keçirilib. Görüşdə məktəbin pedaqoji kollektivi ilə yanaşı, Nərminin Vəliyevanın valideynləri də iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respubikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu gün dövlətimiz tərəfindən ümumtəhsil məktəblərinin maddi-tədris bazası ildən–ilə möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün ən ucqar kəndlərdə belə müasir məktəb binaları inşa olunaraq məktəblilərin ixtiyarına verilir.
Ardını oxu...
Avqustun 4-də Atletika Federasiyasının Bədii Gimnastika bölməsinin məşqçi- müəllimləri üçün Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimləri tərəfindən keçirilən kursu uğurla başa vuran müəllimlərə Atletika Federasiyası tərəfindən sertifikatlar verilib. Bu münasibətlə keçirilən tədbirdə Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublikada uşaq,yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Federasiyanın sədri bildirib ki, hazırda federasiyanın tərkibində bədii gimnastika bölməsi fəaliyyət göstərir.
Ardını oxu... |
|