Avqustun 4-də Respublika Fənn Olimpiadalarının, Lütfi Zadə adına Məntiq Olimpiadasının və Respublika Fənn Müsabiqələrinin qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub. Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə olimpiadanın qalibləri ilə yanaşı şagirdlərin valideynləri də iştirak edib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə qaliblərini təbrik edərək bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir.
Ardını oxu...
|
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. Kollegiya iclasında təhsil naziri Rəhman Məmmədov bildirib ki, 2022-ci ilin birinci yarısında muxtar respublikada bütün sahələrdə əldə olunan uğurlar, təhsildə də nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2022-ci ildə də davam etdirilmiş, ötən müddət ərzində Şərur rayonunun Çərçiboğan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmiş, məktəbin maddi-tədris bazası gücləndirilmişdir. Qeyd olunmuşdur ki, hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının, Şərur rayonunun Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunun Sirab, Vayxır, Nehrəm qəsəbə 3 nömrəli, Ordubad rayonunun Pəzməri, Xanağa, Unus, Azadkənd, Kələki kənd tam orta məktəblərinin, Babək və Şahbuz rayonlarında məktəbdənkənar tərbiyə müəssisələrinin binalarında tikinti işləri davam etdirilir.
Ardını oxu...
25-27 iyul tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən növbəti “STEAM yay məktəbi”nə yekun vurulub. “STEAM yay məktəbi”nin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Qeyd olunub ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay məktəbi” bu istiqamətdə görülən işlərin davamıdır.
Ardını oxu...
Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının formalaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun ilk dəfə olaraq müsabiqə keçirilib. Müsabiqəyə Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarının məktəbəqədər təhsil müəssisələrindən 33 tərbiyəçi–müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla ümumilikdə 43 vakant vəzifə çıxarılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 27 nəfər müvafiq keçid balını toplayaraq işə qəbul olunub.
Ardını oxu... |
|