Prezident İlham Əliyev avqustun 18-də Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Fərman imzalayıb Fərmanda deyilir:
Ardını oxu...
|
Avqustun 18-də Naxçıvan Dövlət Texniki Kollecində 2021-2022-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla təltif olunan məzunları təbrik etmiş, qazandıqları uğurun muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur. Bu işlərin ənənənə halını aldığını bildirən Rəhman Məmmədov qeyd etmişdir ki, hazırda da 17 təhsil müəssisəsində binaların tikintisi və ya yenidənqurulması davam etdirilir. Qeyd olunmuşdur ki, yaradılan şərait nəticəsində təhsil müəssisələrində tədrisin keyfiyyəti yüksəlmiş, istedadlı şagirdlərin sayı artmışdır. Öz istedadı ilə seçilən şagirdlər dövlət qayğısı ilə əhatə olunmuş, onların adı gənc istedadların qızıl kitabına yazılmışdır. Bu tədris ilində də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə idman və STEAM təhsili sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Ardını oxu... Bu gün muxtar respublikada dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verlir. Göstərilən diqqət və qayğılnın nəticəsidir ki, öz fəaliyyəti ilə seçilən 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar müəllim fəxri adına layiq görülüb, tərəqqi medalı ilə təltif olunub. Ümumtəhsil müəssisələrində müəllimlər üçün yaradılan müsair iş şəraiti, onların müxtəlif ixtisasartırma kurslarına cəlbi, 2018-ci ildən başlayaraq müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılması, 2020-ci ildən isə müəllimlərin sertifikasiyaya cəlb olunması onların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub. Müəllimlər şagirdlərə müasir biliklər aşılamaqla yanaşı, müxtəlif yarış və müsabiqələrdə də iştirak edərək uğur qazanırlar.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin builki nəticələri açıqlanıb. Bu müsabiqədə də ümumtəhsil məktəblərimizin müəllimləri iştirak edərək uğurlu nəticələr əldə ediblər. Müsabiqə “Ümumtəhsil müəssisələri” kateqoriyası və fərdi katoqoriya üzrə keçirilib və müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib. Daxil olan layihələrin 256-sı ümumi təhsil müəssisələrinin, 845-i təhsilverənlərin fərdi layihələri olub. Bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 299 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib. “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 50 müəllim qatılıb.
Ardını oxu...
Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçiminə start verilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən abituriyentlərin qeydiyyatının aparılması və ixtisas seçimində onlara yaxından köməklik göstərilməsi məqəsdilə rayon (şəhər) təhsil şöbələrində məsul şəxslər müəyyənləşdirilib. Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər barədə rayon (şəhər) təhsil şöbələrindəki həmin məsul şəxslərə müraciət edə bilərlər. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2022 ci il avqustun 28-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abi¬turi¬yentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünva¬nında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.
Ardını oxu... |
|