• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün801
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5613
mod_vvisit_counterBu ay50767
mod_vvisit_counterÜmumi2934906

Tarix: 26 Dek., 2024

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 18-də "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xüsusi istedadı olan aşağıdakı gənclərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Abdullayeva Röya Xəyal qızı - Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, kikboksinq idmanı üzrə
Qafarov Kamal Əli oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, STEAM təhsili üzrə”.

Ali Məclis Sədrinin məruzəsi

İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.
Hörmətli deputatlar və sessiya iştirakçıları!
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında əsas inkişaf göstəriciləri üzrə müsbət dinamika qorunub saxlanılmış, sosial-iqtisadi islahatlar və tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib

İyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin  icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
4. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

Ardını oxu...

Ölkənin ilk təhsil televiziyası yeni inkişaf mərhələsində...


Bu inkişafın təməlində ümummilli liderin əbədiyaşarlığı və müdrik siyasəti dayanır.
Hər bir xalqın tarixində elə günlər var ki, mahiyyət və dəyərinə görə xüsusi önəm daşıyır, özünün müstəsna dərəcədə böyük əhəmiyyətini zaman-zaman hifz edir. Azərbaycan tarixinin səhifələri də belə şərəfli və müqəddəs günlərlə zəngindir. Lakin elə günlər var ki, məna və mündəricə baxımından hüdudsuz möhtəşəmliyə malikdir. 14 iyul 1969-cu il kimi... Bu tarixi böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycançılığın, milli dövlətçiliyin mövcudiyyət günü kimi yaddaşlarda əbədiləşdirdi.
1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası ümummilli liderin Azərbaycana rəhbərliyinin, xüsusilə ikinci dövründə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Dahi öndər Naxçıvanı düçar olduğu bir çox bəladan, xüsusilə də informasiya və telekommunikasiya blokadasından xilas etdi. Görülən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublika əhalisiAzərbaycan televiziyasının proqramlarını izləmək imkanı əldə etdi, Naxçıvanda fəaliyyət göstərən televiziya və radionun yayım imkanları genişləndirildi.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg