• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün794
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5606
mod_vvisit_counterBu ay50760
mod_vvisit_counterÜmumi2934899

Tarix: 26 Dek., 2024

Naxçıvanlı şagirdlər qızıl və gümüş nişanla təltif olunub

Azərbaycan Respublikasının  təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.
Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin  XI sinif məzunlarından 19 nəfər qızıl, 22 nəfər isə gümüş nişanla təltif olunub.

Ardını oxu...

İstedad və qayğıdan nur alan işıqlı sabahımız

Bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsi kimi yeniyetmə və gənclərimizin istedad və bacarıqları üzə çıxarılır, onların həyatın müxtəlif sahələrində uğurlu fəaliyyəti yüksək uğurlarla nəticələnir. İstedadı ilə uğurlu nəticələr qazanan şagirdlərimizdən biri də Kamal Qafarovdur. O, 2006-cı ildə Naxçıvan şəhərində anadan olub. 2012-ci ildə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. Hazırda Əkbər Ağayev adına 8 nömrəli məktəbin 11-ci sinfində təhsilini davam etdirir. Təhsil aldığı ötən müddətdə çalışqanlığı və fəallığı ilə seçilib. Kamalın son zamanlarda əldə etdiyi uğurlarla oxucularımızı yaxından tanış etmək üçün biz də onunla həmsöhbət olduq. Dedi ki, 2019-cu ildə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində STEAM ilə maraqlanıb.

Ardını oxu...

Məktəblilərin növbəti “STEAM yay məktəbinə” start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM-dir. STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində növbəti “STEAM Yay Məktəbi” təşkil olunub. İyulun-25-də şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər Mərkəzdə yerləşdikdən sonra “STEAM Yay Məktəbi”nin açılışı olub.

Ardını oxu...

Bədii Gimnastika bölməsinin məşqiçi müəllimləri üçün kurs təşkil olunub

Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi idmanın da inkişafı daim diqqət mərkəzindədir. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın qəbulu bu qayğının bariz nümunəsidir.
Son illər Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının tərkibində fəaliyyət göstərən Bədii gimnastika bölməsi dövlət qayğısından yararlanaraq öz fəaliyyət dairəsini genişləndirib və muxtar respublikamızda qısa zaman çərçivəsində inkişaf edən idman növlərindən birinə çevrilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg