Şərur şəhər 2 nömrəli tam orta məktəb tədris ilini böyük nailiyyətlərlə başa vurub
Son vaxtlarda elm və təhsildən söhbət düşəndə bir neçə müddət əvvəl muxtar respublikamıza səfər etmiş Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, ulu öndərə həsr etdiyi “Sən elə bir zirvəsən” şeiri ilə yaddaşlarda qalan şair Baba Vəziroğlunun diyarımızda mövcud olan təhsil siyasəti barədə söylədiyi səmimi fikirləri xatırlayıram: “Savad, yüksək intellekt sanki naxçıvanlıların genində var. Bunu bütün naxçıvanlı tanışlarımın timsalında görmüşəm...” Bu gün muxtar diyarımızda hər bir istiqamətdə olan inkişaf və tərəqqi, günü-gündən yenilənən, müasirləşən ədəbi mühit, iqtisadiyyatın, tarixin, bir sözlə, bu və ya digər sahələrin fəaliyyətinin günün tələbləri əsasında qurulması, təbii olaraq, yurdumuza səfər edən qonaqların da diqqətindən yayınmır. Muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş təhsil strategiyası prioritet istiqamətlərdən biri kimi hər il öz layiqli bəhrəsini verir.