• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün801
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5613
mod_vvisit_counterBu ay50767
mod_vvisit_counterÜmumi2934906

Tarix: 26 Dek., 2024

Naxçıvan Qızlar Liseyi mühüm ənənələri olan təhsil müəssisəsidir

Təhsil insanların dünyagörüşünün formalaşmasında, onların cəmiyyət həyatında iştirakında, bilavasitə sosial mühitə inteqrasiyasında mühüm rol oynayır. Azərbaycan dünya təcrübəsində böyük nüfuz qazanmış o ölkələrdəndir ki, burada elm və təhsilin inkişafına hər zaman böyük önəm verilib. Xüsusilə qadınlarımızın təhsilə cəlbində ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan mesenatlarının bu işə necə bir töhfə verdikləri hamımıza məlumdur. Müasir dövrdə isə Azərbaycan qadını cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edir. Təbii ki, bu da ölkəmizdə gender bərabərliyinə, aparılan uğurlu dövlət qadın siyasətinə əsaslanır. Bütün bunların təməlində isə Azərbaycan qadınının təhsili dayanır.
Muxtar respublikamızda da təhsilə, eləcə də qızlarımızın bu və ya digər sahələrdə hərtərəfli inkişafına böyük qayğı göstərilir. Bu il fəaliyyətinin 30 ili tamam olan Naxçıvan Qızlar Liseyi də, bu mənada, muxtar respublikamızın ictimai-mədəni həyatında fərqlənən bir çox gənc xanımlarımızın fəaliyyətində mühüm rol oynayır.

Ardını oxu...

Yaradılan hərtərəfli şərait öz bəhrəsini verir

Uşaq və yeniyetmələrin hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Təbii ki, bu inkişafda insanın fiziki sağlamlığı da mühüm rol oynayır. Sağlamlığın qorunması üçünsə uşaqları mütləq idmana cəlb etmək lazımdır. Ona görə də ölkəmizdə və muxtar respublikamızda bu sahəyə xüsusi qayğı göstərilir. Çünki fiziki sağlamlıq vətənpərvərlik tərbiyəsinə də müsbət təsir edir. İdman isə fiziki sağlamlığın əsas amillərindən biridir. Bu sahə ilə məşğul olan uşaqlar dözümlü, iradəli olur, Vətənin müdafiəsində cəsarətlə iştirak edirlər. Bu mənada, Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gənclərimizin idmanla məşğul olması üçün yaradılan şərait onların gələcəyi üçün təminatdır. Ümumiyyətlə, gənclər adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin qoruyucusu, cəmiyyətin aparıcı qüvvəsidir. Ona görə də muxtarrespublikamızda bu qüvvənin fiziki və mənəvi sağlamlığı daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 14 fevral 2020-ci il tarixli “2020- 2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının icrası istiqamətində görülən işlər də, bu mənada, muxtar respublikamızda idmanın inkişafına böyük təkan vermişdir.

Ardını oxu...

Muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi iləAtletika Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr arasında atletika üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Şərur Olimpiya İdman Kompleksində təşkil edilən birincilikdə 40-a yaxın ağır atlet 10 çəki dərəcəsində mübarizə aparıb. Birinciliyin yekun nəticəsinə əsasən qızlar arasında Gülcahan Əliyeva (50 kiloqram) qalib adını qazanıb. Oğlanların mübarizəsində isə Ümid Babayev, Əli Qasımov (hər ikisi 30 kiloqram), Mikayıl Novruzov (34 kiloqram), Əlirza Hüseynov (38 kiloqram), Ehtiram Əhmədov (40 kiloqram), Elton Rəhimov (53 kiloqram), Məhərrəm Qurbanlı (54 kiloqram), İlkin Kərimov (62 kiloqram) və Həsən Babayev (86 kiloqram) öz çəki dərəcələrində hamıdan güclü olublar. Komanda hesabında “Şərur” baş mükafatı qazanıb, idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

20 İyul- Beynəlxalq Şahmat Günü ilə bağlı gənc müəllimlər arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib

İyulun 18-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin  gənc müəllimləri arasında muxtar respublika birinciliyi keçirilib.
Birinciliyin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzinin direktoru  Emin Hacıyev bildirib ki,  1924-cu ilin iyulun 20-də Fransanın paytaxtı Parisdə FİDE təsis edilmişdir. 20 iyul-  1966-ci ildən Beynəlxalq Şahmat Günü kimi qeyd edilir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg