• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün519
mod_vvisit_counterDünən950
mod_vvisit_counterBu həftə7097
mod_vvisit_counterBu ay52251
mod_vvisit_counterÜmumi2936390

Tarix: 28 Dek., 2024

Ümumtəhsil məktələrində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də muxtar respublikanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından danışaraq bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikamızda təhsil infrastrukturu yaxşılaşdırılıb, təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Muxtar respublikanın hər bir bölgəsində ən ucqar yaşayış məntəqələrində belə müasir məktəb binaları ən yeni avadanlıqları ilə təmin olunaraq şagirdlərin ixtiyarına verilib. Şagirdlər  onlar üçün yaradılan müasir tədris şəraitindən yararlanaraq hərtərəfli biliyə malik bir vətəndaş kimi formalşıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib, yeni avtomobil və laboratoriya avadanlıqlarının təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri sırasında heyvandarlığın inkişafı xüsusi yer tutur. Müstəqillik illərində muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 3, arı ailələrinin sayı 12, ev quşlarının sayı isə 8 dəfə artıb.

Ardını oxu...

Naxçıvanda keçirilən elm bayramından – STEAMFEST-dən təəssüratlar

Azərbaycanın qədim və ayrılmaz  hissəsi olan "Şərqin qapısı" Naxçıvan  neçə - neçə mötəbər beynəlxalq bilik, elm, musiqi, idman yarışları və festivalların keçirildiyi məkana çevrilib. Bu dəfə  ecazkar diyarımızın ev sahibliyi etdiyi festival digərlərindən tamamilə fərqli idi. 11 iyun tarixində “Naxçıvanqala Tarix Memarlıq Muzey Kompleksi” qapılarını gənc ixtiraçılara, gələcəyin peşəkar mütəxəssislərinə açdı.
İçəri daxil olarkən gözlərimiz önündə açılan nəhəng panorama “STEAMFEST” yazısı və müasir texnologiya ilə təmin olunmuş bir-birindən rəngarəng stendlər hər kəsi, sözün əsl mənasında, heyran edirdi.

Ardını oxu...

İnteraktiv dərs keçirilib

İyun 13-də Heydər Əliyev Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün 15 iyun Milli Qurtuluş Gününə həsr olunan interaktiv dərs keçirilib.
İnteraktiv dərsdə   ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu ilə bağlı muzeydə qorunan nadir tarixi sənədlər, elmi nəşrlər, xatirə əşyaları haqqında, həmçinin ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır vəziyyətə düşmüş, müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Xalqın təkidi ilə Bakıya qayıdan ümummilli lider 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə ulu öndərin yenidən rəhbərliyə gəlməsi insanların qəlbində sönmüş müstəqillik arzularını alovlandırdı.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg