• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün538
mod_vvisit_counterDünən950
mod_vvisit_counterBu həftə7116
mod_vvisit_counterBu ay52270
mod_vvisit_counterÜmumi2936409

Tarix: 28 Dek., 2024

Şahmat üzrə növbəti interaktiv dərs baş tutub

Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.

Ümumtəhsil məktəblərinin şagirdləri üçün “Açıq debütlərə aid oyunların təhlili” mövzusundkı   interaktiv dərs  beynəlxalq dərəcəli hakim Emin Hacıyev tərəfindən keçirilib. İnteraktiv dərsdə şahmata yeni başlayanlar üçün açıq debütlərdən istifadə etmək daha yaxşı olduğu izah olunub. Bu debütə aid oyunlardakı səhvlər bildirilib və birlikdə təhlil olunaraq düzgün oynamaq qaydaları göstərilib.

Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən dərsdə beynəlxalq dərəcəli hakim Emin Hacıyev yay dövründə keçiriləcək yarışlar haqında məlumat verib, müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Ardını oxu...

Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvanda 5 şəhid ailəsinə və qaziyə mənzillər, 6 qaziyə isə avtomobillər təqdim olunub.
Heydər Əliyev Muzeyində bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar gün - Milli Qurtuluş Günü ərəfəsində şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim olunur. Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün təminatıdır. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və işğal təhlükəsindən xilas edərək sabitlik və inkişafa qovuşdurub. Milli Qurtuluşun bəhrəsi olaraq güclü Azərbaycan dövləti və onun qüdrətli ordusu yaradılıb, torpaqlarımız işğaldan azad olunub, tarixi Zəfər qazanılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”.

Ardını oxu...

“STEAM Azərbaycan” layihəsinin beynəlxalq təcrübəli təlimçiləri STEAM dərslərini tədris edən müəllimlər üçün təlim keçiblər

Son illərdə dünya təhsil sistemində ən mühüm təhsil metodu kimi aktuallıq  qazanan STEAM təlim metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir.
STEAM tədris edən müəllimlərin  XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsi üçün  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təlimlər təşkil olunur. Heydər Əliyev adına tam orta  məktəbdə  yaradılan  STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək  400-ə yaxın müəllim bu sahə üzrə təlimlərə cəlb olunub. Təlimlər   çərçivəsində müəllimlərə layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər verilir.

Ardını oxu...

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bütün yaşayış məntəqələri həm müasir görkəm alır, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Eyni zamanda yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Görülən bu işlər bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə də töhfə verir
İyunun 8-də muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 13 traktor və qoşqusu təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg