Dekabrın 9-da Naxçıvan Şahmat Mərkəzində və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilib. Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə 600-ə yaxın namizəd iştirak edib.
Ardını oxu...
|
Test mərhələsinin keçiriləcəyi mərkəzlər:
- Naxçıvan Şahmat Mərkəzi
- Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə
Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətriməlidirlər:
- şəxsiyyət vəsiqələrini
- göy rəngli diyircəkli qələm
Müsabiqə zalına gətirmək qadağandır:
- mobil telefon və digər rabitə vasitələri
- ağıllı saat
- kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.
Müsabiqənin keçiriləcəyi mərkəzlər və imtahan qrafiki haqqında məlumat
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.
Ardını oxu... Noyabrın 24-də Ordubad rayonunun Azadkənd tam orta məktəbi istifadəyə verilib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər. Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir olunub. 3 mərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, hərbi kabinə, STEAM otağı, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib.
Ardını oxu... |
|