Dekabrın 28 və 29–da kitabxanaçılar üçün keçirilən işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri elan olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinə dekabrın 25-dən başlanılıb. 5 fevral 2024-cü ilə kimi davam edəcək müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılır. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.
Kitabxanaçılar üçün keçirilən işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri ilə bağlı qrafiklə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz.
Kitabxanaçı vəzifəsinə namizədlərin müsahibə mərhələsinin nəticələrinin qrafiki