Aprelin 7-də (11 illik) orta təhsil səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında ən yüksək nəticə göstərən və “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində həvəsləndirici yerə layiq görülən məktəblilərlə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov məktəbliləri təbrik edərək, son dövrlərdə təhsil sahəsində həyata keçirilən uğurlu layihələrdən və şagird nailiyyətlərindən danışıb. Qeyd olunub ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında məktəblilərimiz yüksək nəticələr əldə ediblər. Bildirilib ki, builki buraxılış imtahanlarındakı orta bal göstəriciləri son 3 il üzrə ən yüksək nəticədir və bölgələr arasında da Naxçıvan məktəbliləri yüksək nəticələrinə görə ölkə üzrə ikinci pillədə yer tutur.