Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində 3 inzibati vəzifə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 10 yanvar 2024-cü il tarixində elan edilmiş daxili müsahibəyə verilib. Elan üçün sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı (dim.gov.az.) vasitəsilə həyata keçirilir. 24 yanvar 2024-cü il tarixinədək sənəd qəbulu davam edəcəkdir. Namizədlər vəzifə haqqında məlumat, müsahibə proqramı və müraciət forması ilə aşağıdaki linkdən tanış ola bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=534
|
Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş kimya-biologiya olimpiadasının qaliblərinin mükafatlandırma tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov olimpiadanın əhəmiyyəti və təşkilarti işlər barədə məlumat verib.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiada keçiriləcək. Olimpiadanın 3 turdan ibarət keçirilməsi nəzərdə tutulub: Məktəb turu: 23 yanvar 2024-cü il Rayon turu: 17 fevral 2024-cü il Muxtar Respublika turu: 16 mart 2024-cü il Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir. Qeyd edək ki, rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq. Dekabrın 30-da Naxçıvan şəhərindəki Duzdağ oteldə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2023-cü ilin təhsil yekunlarına dair mükafatlandırma tədbiri keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdıran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli geridə qoyduğumuz ili ölkəmiz üçün əlamətdar il kimi dəyərləndirib.
Ardını oxu... |
|