Dekabrın 18-də Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "İki dövlət - bir millət" adlı tematik müsabiqənin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 70 şagird 75 rəsm əsəri ilə qatılıb və münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.
Ardını oxu...
|
Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilmişdir. Müsabiqədə sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.
Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsində iştirak hüququ qazanmış namizədlər üçün zəruri biliklərə dair müsahibə proqramı hazırlanmışdır.
Müsahibə proqramı haqqında məlumat Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarların iştirakı ilə ilk dəfə olaraq infotur təşkil olunub. İnfoturun təşkilində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan özəl təhsil müəssisələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat işlərinin aparılmasıdır. Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov, təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, iqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov və maliyyə naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən İsmayılov iştirak ediblər. Sahibkarların iştirakı ilə təşkil olunan infoturun açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov bildirib ki, Dövlət Proqramında muxtar respublikada digər sahələrlə yanaşı, sahibkarlığın inkişafı sahəsində bir sıra hədəflər müəyyənləşdirilib, həmçinin özəl təhsil və tibb müəssisələrinin yaradılması nəzərdə tutulub.
Ardını oxu... Dekabrın 9-da Naxçıvan Şahmat Mərkəzində və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilib. Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə 600-ə yaxın namizəd iştirak edib.
Ardını oxu... |
|