Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Sədərək rayon ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin Metodisti Yalçın Əliyev diqqətə çatdırıb ki, dünyanın əksər ölkələrində hər il iyun ayının 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur.