Şagirdləri təbiətə qayğı ruhunda tərbiyə etmək, onlarda ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq məqsədilə Turist Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri mərkəzin dərnək üzvlərinin Nəbatat bağına ekskursiyasını təşkil edib. Ekskursiyada dərnək rəhbəri və 15 dərnək üzvü iştirak edib.
Ekskursiya zamanı şagirdlərə bildirilib ki, dünyanın bir çox yerlərində nəsli kəsilməkdə olan bitkilərin, ağacların qorunması üçün qoruqlar, bağlar yaradılmışdır. Meyvə ağacları, tərəvəzlər, dərman istehsalında lazım olan bitkilər bu bağlarda becərilir. Həmin bağlar turizmin inkişafında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikasında Nəbatat bağı da bu məqsədlə yaradılmışdır. Nəbatat bağında zövq oxşayan yaşıllıqların qorunub saxlanması ilə yanaşı, burada təbiət elmləri sahəsilə məşğul olan alimlər də tədqiqat işləri aparır.