• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1373
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15860
mod_vvisit_counterBu ay20864
mod_vvisit_counterÜmumi2961675

Tarix: 12 Yan., 2025

“28 May - Respublika Günü”nə həsr olunmuş şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib

Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Muğla Böyük Şəhər Bələdiyyəsi və Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “28 May - Respublika Günü”nə həsr olunmuş Azərbaycan, Türkiyə və Pakistan məktəbliləri arasında şahmat üzrə onlayn yoldaşlıq görüşü keçirilib.

Ardını oxu...

“Dram” dərnəyində qısa müddətdə 3 tamaşa səhnələşdirilib

Muxtar respublikada bütün sahələr kimi, təhsilin inkişafı da dövlət qayğısı ilə əhatə olunmuşdur. Məktəbdənkənar tərbiyə müəssisələri də təhsil sisteminin ayrılmaz tərkib hissəsi olub öz işini bu yöndə uğurla davam etdirir.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaqların, gənclərin bacarıq və yaradıcılıq qabiliyyətini üzə çıxarmaqla yanaşı inkişaf etdirmək üçün bir sıra işlər görülür. Yaradıcılıq qabiliyyəti, incəsənətə, idmana, texnikaya marağı olan uşaqlar məktəblərdən valideyni tərəfindən Mərkəzə müraciət edərək öz ərizələri əsasında maraqları üzrə dərnəklərə üzv qəbul olunurlar. Bununla yanaşı mərkəzin əməkdaşları və dərnək rəhbərləri ümumtəhsil müəssisələrinə gedərək orada uşaqlar üçün dərnəkləri biləvasitə özündə əks etdirən tanıtım videoları nümayiş etdirir və sinif otaqlarında uşaqlarla söhbətlər aparırlar. Buna baxmayaraq müasir informasiya mərkəzi olan sosial şəbəkədə Mərkəzin “yaradıcılıq.merkezi” instaqram səhifəsi də fəaliyyət göstərir ki, bu da uşaqların Mərkəz haqqında geniş məlumat toplamalarına imkan yaradır.

Ardını oxu...

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında atletika üzrə rayon turniri keçirilmişdir

Ordubad Rayon Texniki Peşə və Sürücülük məktəbində  ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında atletika üzrə rayon turniri keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edənlər bildirmişlər ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarətdir. Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Atletika Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarış Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun olaraq təşkil edilmişdir.

Turnirin yekun nəticələrinə əsasən 100 m məsafədə Əli Əliyev, 200 m məsafədə Cəbrayıl Cəbrayılov, 400 m məsafədə isə Murad Cəfərov  I yerin qalibləri olmuşlar.

Sonda qalib idmançılar təşkilatçıların diplomları və medallarla mükafatlandırılmışlar.

STEAM təlim metodu üzrə kurslar davam edir

2020-2021-ci tədris ilindən muxtar respublikada tətbiqinə başlanılan STEAM təlim metodu üzrə görülən işlər uğurla davam edir. Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, artıq 15-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılmış 38 məktəbdə isə kabinələrin yaradılması istiqamətində işlər davam edir. Yaradılan kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur ki, bu da STEAM-in tətbiqinə geniş imkan yaradır. Həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlim metodu ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanmışdır. Bu sahədə müəllimlərin təlimlərə cəlb olunması da diqqətdə saxlanılmış, bu günədək 80 müəllim Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən kurslara cəlb olunmuş, təlimləri başa vuran müəllimlər sertifikatla təmin edilmiş, 150 müəllim isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn təşkil edilən STEAM təlimlərində iştirak etmişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg