Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən müəllimlərin və dərəcəli şahmatçıların iştirakı ilə Babək rayon Şahmat məktəbində Tempo turnir keçirilib. 20 nəfərin iştirak etdiyi turnirin sonunda qaliblər müəyyən olunub. Turnirin nəticələrinə görə Əli Əliyev I yerə, Əli Fərəcov II yerə, Həsən Kərimov isə III yerə layiq görülüb.
Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilən “Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir.
İmtahanın nəticələri 5 iyul saat 12:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 16 şəhər və rayonunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilib.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən fəaliyyət proqramında muxtar respublikada elm və təhsilin inkişafının əsas istiqamət kimi götürüləcəyi, bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi əsas prioritet sahə kimi müəyyənləşdirilib.