
Məktəblilərin əqli və məntiqi düşüncə qabiliyyətinin formalaşmasında xüsusi əhəmiyyəti olan şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına muxtar respublikada yüksək qayğı göstərilir. Şahmatın maddi-texniki bazası möhkəmləndirilmiş, Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin şahmata olan diqqəti nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası yaradılmışdır.
Bu gün Qıvraq qəsəbə mərkəzi stadionunda Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında yüngül atletikanın qaçış növü üzrə rayon birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli Rayon Şahmat Məktəbində “20 İyul - Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə yay tətili dövründə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Təhsil şöbəsinin əməkdaşları, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri, ümumtəhsil məktəblərinin şagirdləri və dərnək üzvləri iştirak ediblər.
1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin təməli qoyulub. Bu gün Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf təmin edilib, dövlət-xalq birliyi və sabitlik yaranıb.