Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şəhər və Rayon Təhsil Şöbələrinin birgə təşkilatçılığı ilə “Yay məktəbi” adı altında onlayn və açıq havada məşğələlərin keçirilməsinə start verilib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzində Coğrafiya diyarşünaslıq dərnəyi üzrə “Naxçıvan Muxtar Respublikasının ən böyük və ən sulu çayları”, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində Yüngül atletika dərnəyi üzrə “Kross qaçışı”, Şahmat Mərkəzində “Oyunların təhlili”, Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Bədii qiraətdərnəyi üzrə “Səməd Vurğunun Azərbaycan şeirinin ifadəli oxusu”,
Muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə iyulun 20-də şahmat fənnini tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiyası keçirilib.
Bu təhsil ocağında vətənpərvərlik tərbiyəsi yüksək səviyyədədir.
Muxtar respublikamızda intellektual idman növü kimi şahmatın inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Yaradılan şəraitin nəticəsidir ki, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində mövcud vəziyyətə baxmayaraq onlayn qaydada dərslər, tədbirlər, müsabiqələr təşkil edilir.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Biliyinə güvən” adlı onlayn bilik yarışı keçirilib.