Kəngərli rayon məktəbdənkənar tərbiyə müəssisələrində “Yay məktəbi” adı altında məşğələlər təşkil edilir. Belə məşğələlərdən biri iyulun 23-də Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə şagirdlərə xalqımızın tarix süzgəcindən keçərək müasir dövrümüzə çatmış milli-mənəvi dəyərlərini dərindən mənimsətmək və xalqımızın tarixi keçmişinə, mədəni irsinə, milli dəyərlər sisteminə sonsuz məhəbbəti aşılamaq məqsədilə “Milli dəyərimiz” mövzusunda keçirilən onlayn tədbirdir.
2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 24 iyul-3 avqust tarixlərində verilən link
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 110 nömrəli qərarı ilə tətdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına” əsasən Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində işləyən (əsasən attestasiya imtahanın beş ili tamam olan) təhsilverənlər üçün rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə kurikulum və pedaqogika üzrə 3 aylıq onlayn kurslara başlanılıb.