27 iyul 2020-ci il tarixdə Naxçıvan şəhər Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Gənclər şəhərciyinin mini futbol meydançasında basketbol idman növü üzrə “Topun çiləyərək səbətə salınması texnikası” mövzusunda məşğələ keçirilib. Açıq havada keçirilən məşğələdə 12 şagird iştirak edib. Məşğələnin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin bu idman növünə marağını artırmaq, cəldlik və çevikliyi inkişaf etdirmək, yay tətili dövründə şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək idi. Məşğələ zamanı basketbol oyununda topun sağ və sol əllə çilənmə texnikası, topu çiləyərkən ayaqlarda hərəkətlərin düzgün gedişatı və topu səbətə salarkən ayaqlarda təkan hərəkətlərinin düzgün yerinə yetirilməsi əyani şəkildə göstərilmiş və lazımi izahatlar verilib. Şagirdlər məşqləri yerinə yetirdikdən sonra buraxılmış səhvlər məşqçi tərəfindən izah olunub.