Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yay məktəbi” adı altında memarlıq dizayn və dulusçuluq dərnəklərinin onlayn məşğələsi keçirilib. Məşğələnin keçirilməsində məqsəd uşaqlara gildən müxtəlif formalar düzəltməklə onların fərdi istedadlarını inkişaf etdirməkdir. Məşğələdə mərkəzin 30-dan çox dərnək üzvü iştirak edib.