I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək.
20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Kəngərli rayon Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə “Yay məktəbi” adı altında “Toplar 2-ci və 7-ci üfüqi xəttə” mövzusunda onlayn məşğələ keçirilib.
Babək Rayon Təhsil Şöbəsi tərəfindən şagirdlərin yay tətili müddətində asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra müsabiqə və yarışlar keçirilir. Avqustun 5-də Babək şəhər 2 nömrəli tam orta məktəbdə 14-16 yaş arası şagirdlərin velosiped yarışı keçirilib. Maraqlı keçən yarışın nəticələrinə görə Həsən Xudiyev I yerə, Uğur Qazıyev II yerə, Məhəmməd Nuriyev isə III yerə layiq görülübdür. Sonda qaliblər diplomla təltif olunublar.