Tennis üzrə rayon birinciliyi keçirilib

Bu gün Şərur Rayon Təhsil  Şöbəsi və Gənclər  və  İdman  İdarəsinin  birgə təşkilatçılığı ilə gənclər arasında  “12 avqust -Beynəlxalq Gənclər Günü ”nə  həsr olunmuş  tennis üzrə rayon  birinciliyi keçirilib. Gənclər və İdman İdarəsinin həyətində  keçirilən yarışda  20  gənc iştirak edib. Gərgin və maraqlı keçən yarışda Abbaszadə Firudin I, Səfərov Allahverən II, Qasımov Abdulla isə III yerə  layiq görülüb.

Ardını oxu...

Şahmat üzrə rayon birinciliyi keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilib.

Ardını oxu...

Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn müzakirə keçirilib

Avqustun 11-də Ekoloji Tərbiyə Mərkəzində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin iştirakı ilə “Sağlam cəmiyyət, sağlam gənclik” mövzusunda onlayn maarifləndirici müzakirə aparılıb. Müzakirənin keçirilməsində məqsəd gəncləri milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək və Beynəlxalq Gənclər Gününün əhəmiyyəti haqqında onlara ətraflı məlumat verməkdən ibarət olub.

Ardını oxu...

Naxçıvan şəhər məktəbliləri ilə kitab müzakirəsi keçirilib

Avqustun 11-də Naxçıvan şəhər ümumtəhsil məktəblərinin X və XI sinif şagirdləri arasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının onlayn müzakirəsi keçirilib. Müzakirədə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, Naxçıvan şəhər 8 nömrəli və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavinləri və 40 şagird iştirak edib.

Ardını oxu...

Culfa rayonunda “Yay məktəbi” adı altında tədbirlər keçirilir

Culfa  Rayon Təhsil Şöbəsi tərəfindən şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili üçün açıq dərs və idman oyunları keçirilir. 10 avqust 2020-ci il tarixdə “12 avqust-Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Culfa şəhər 2 nömrəli və Yaycı kənd 1 nömrəli tam orta məktəbin  şagirdləri arasında keçirilən görüşün sonunda hər iki komandanın fərqlənən idmançılarına təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg