Bu gün Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Oxunması zəruri olan kitablar”ın mütaliəsi haqqında onlayn müzakirə keçirilib. Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi müzakirədə mərkəzin dərnək rəhbəri Yaşar Hacıyev şagirdlərə oxunması zəruri olan kitablar haqqında geniş məlumat verib və şagirdləri maraqlandıran suaları cavablandırıb.
07 avqust 2020-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yerli bölməsinin, Sədərək rayon Şahmat məktəbinin və Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şahmatçı idmançılar arasında www.lichess.org saytı vasitəsi ilə yoldaşlıq görüşü keçirilib.
Babək və şahbuz Rayon Təhsil Şöbələri tərəfindən müəllimlərin sertifikatlaşdırılmasına aid onlayn müzakirə keçirilib. Müzakirədə sertifikatlaşdırma qaydalarının ümumi müddəaları haqqında müəllimlərə ətraflı məlumat verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub. Qrafikə əsasən Naxçıvan Muxtar Respublikasında avqustun 14-də cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul, I-IV ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə (Azərbaycan və ya rus dili) imtahanlar keçiriləcək.
5 avqust 2020-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər İdman Məktəbində uşaqların yay tətilini səmərəli keçirmələri üçün voleybol üzrə onlayn nəzəri məşğələ keçirilib. Məşğələnin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin bu idman növünə marağını artırmaq, yay tətili dövründə şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək olub.