Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirmə kurslarına cəlbi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri etmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində 16-31 iyul tarixləri arasında muxtar respublika ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə onlayn “Hekayə müsabiqəsi” keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd yay tətili ərzində şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməklə yanaşı, məktəbliləri aktiv yaradıcılıq fəaliyyətinə cəlb etmək, onlarda mütaliə mədəniyyətini, özlərini müstəqil bir fərd kimi hiss etmək və fikirlərini rahat ifadə etmək bacarıqlarını formalaşdırmaq, şagirdlərin intellektual səviyyələrini yüksəltmək və söz ehtiyyatlarını artırmaqdan ibarət idi.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Texniki Yaradıcılıq Mərkəzində 16-30 iyul tarixləri arasında “Yurdumuzu tanıyaq və tanıdaq” devizi altında virtual foto müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin kerçirilməsində əsas məqsəd yay tətili müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və eyni zamanda müsabiqənin şərtlərinə görə yurdumuzun abad yaşayış yerlərini, tarixi abidələrini, füsünkar təbiət mənzərələrini, abad yollarını, barlı-bəhərli meyvə bağlarını, qəhrəmanlıq tariximizi yaşadan xatirə komplekslərini və muzeylərini, Naxçıvanın özünəməxsus kulinariyasını əks etdirməklə şagirdlərə vətənpərvərlik tərbiyəsini və milli-mənəvi dəyərləri aşılamaq idi.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub.
27 iyul 2020-ci il tarixdə Qıvraq qəsəbə mərkəzi stadionunda Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında yüngül atletikanın qaçış növü üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd məktəblilər arasında yüngül atletika idman növünün kütləviliyinə nail olunması, gənc nəslin idmana olan marağının artırılması, şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət idi.