Bu gün Qıvraq qəsəbə tam orta məktəbində Kəngərli Rayon Uşaq-Gənclər İdman Məktəbinin dərnək üzvləri ilə “Boksda fiziki və texniki hazırlıq” mövzusunda məşğələ keçirilib. Məşğələnin keçirilməsində məqsəd məktəblilər arasında boks idman növünün kütləviliyinə nail olunması, gənc nəslin idmana olan marağının artırılması, şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət idi. Məşğələ zamanı boks idman qrupunun rəhbəri Aftandil Musayev mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verib, gücün inkişaf etdirilməsinin müxtəlif üsul və vasitələrindən danışıb. Qrup rəhbəri idmançının işinin təkcə məşqlərə deyil, həm də onun iradə qüvvəsi, məqsədyönlülük, səbirlilik kimi daxili keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlməli olduğunu qeyd edib və şagirdləri maraqlandıran sualları cavablandırıb.