Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir.
Qabiliyyət imtahanında iştirak etməli olan subbakalavrların qeydiyyatı başlayıb.
Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri arasında “Təmiz həyat - təmiz ekologiya” adı altında təmizlik aksiyası keçirilib. Zəruri sanitar ləvazimatlarla təmin olunmuş ümumilikdə 50-dən artıq müəllim və şagirdin iştirak etdiyi aksiyada Kəngərli rayon Xok kəndi ərazisi bərk məişət və digər növ tullantılardan təmizlənib.
Bu gün Naxçıvan Şəhər Üzgüçülük Mərkəzində “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında stolüstü tennis üzrə şəxsi birincilik keçirilib.